Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 17,9 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
XQ bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 6,4 milyard dollar təşkil edib.
Hesabat dövründə ölkədən ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8%, dəyəri isə 3,7% azdır.
Əlavə edək ki, Azərbaycanın ümumi ixracında təbii qazın payı 27% olub.