Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. "Kiyev Azərbaycan qazının Avropaya tranzitinə razılıq verə bilər".
Oxu.Az kommersant.ru portalına istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslardan sonra mətbuata verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Bratislava bu məsələdə Kiyevə təzyiq edir. Bəs, ümumiyyətlə belə bir sxem mümkündürmü?
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı mütəxəssisi İqor Yuşkov hesab edir ki, hazırda Azərbaycanın Ukrayna üzərindən Avropaya göndərə biləcəyi ehtiyatı yoxdur.
"Hazırda ölkədə artıq qaz yoxdur. Bu yaxınlarda hətta müqavilə əsasında Bolqarıstana tədarüklər dayandırılıb, çünki "Şahdəniz 2" yatağında p
Artıq ehtiyat yaransa belə, Bakı bütün mövcud qazını cənub marşrutu ilə satır. Bu, Türkiyəyə və Avropaya tədarük deməkdir.
Bundan əlavə, bu halda Rusiya və Ukraynaya tranzit üçün ödəniş etmək lazım gələcək.
Nəzərə alsaq ki, Azərbaycanda çox az miqdarda artlq qaz var, Slovakiyanın hətta 2-3 milyard kubmetr mavi yanacaq əldə etməsi çətin olacaq.