Icma.az, Ses qazeti portalına istinadən məlumat verir. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a müsahibəsi
Ötən onilliklər ərzində hər iki dövlətin formalaşdırdığı qarşılıqlı etimad və hörmət mühiti xalqlarımızın tarixi qardaşlığı, ortaq türk kiml
Siyasi əlaqələrin dərinləşməsində dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərlərin intensivliyi mühüm rol oynayır.
Bu, son üç il ərzində Azərbaycan liderinin Qazaxıstana yeddinci səfəridir.
Həmin müddətdə Qazaxıstan Prezidentinin ölkəmizə altı səfəri baş tutub.
Sözügedən göstəricilər qarşılıqlı etimadın institusional səviyyəyə keçdiyini və siyasi koordinasiyanın yüksək səviyyədə reallaşdırıldığını göstərir.
Yaxın münasibətlər regional sabitliyin və balanslı siyasətin təminatçısına çevrilib.
Hər iki dövlətin müstəqil qərarvermə modelinə əsaslanan çoxvektorlu strategiyası onların geosiyasi müstəqilliyini möhkəmləndirir, həmçinin qlobal proseslərdə fəal aktor statusunu qoruyur.