Azərbaycan Qazaxıstan əlaqələrində yeni dönəm ŞƏRH | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” informasiya agentliyinə geniş müsahibə vermişdir.
Dövlət başçısı müsahibəsində Azərbaycan–Qazaxıstan münasibətlərinin hazırkı səviyyəsini yüksək qiymətləndirmiş, iki ölkə arasında strateji tərəfdaşlığın bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulamışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan və Qazaxıstanı dərin tarixi, mədəni və mənəvi köklər birləşdirir.
Bu dostluq əlaqələri bu gün müttəfiqlik səviyyəsinə yüksəlib.
Dövlətlərarası münasibətlər “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə” əsasında daha da möhkəmlənir.
Müsahibə zamanı Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq məsələlərinə də toxunaraq bildirmişdir ki, iki ölkə arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar artmaqdadır.
Qazaxıstan neftinin Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması, dəniz nəqliyyatı və liman infrastrukturunun genişləndirilməsi bu sahədə əməkdaşlığın əsas istiqamətlərindəndir.
Tam oxu
Xəbəri oxu