Azərbaycan Qazaxıstan: ortaq maraqlar və qarşılıqlı fəaliyyət | Icma.az
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev: "Biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq" Azərbaycanla Qazaxıstan arasında münasibətlərin əsasını tarixi, mədəni və dini ortaqlıqlar, o cümlədən ənənəvi dostluq və qardaşlıq əlaqələri təşkil edir.
Ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən aparıcı faktor kimi çıxış etməkdədir.
Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün yüksək qarşılıqlı etimad ilə xarakterizə olunur.
Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin dərinləşməsində öz sözünü deyir.
Növbəti belə yüksəksəviyyəli səfər oktyabrın 20-21-də baş tutub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Astanaya rəsmi dövlət səfəri olub.
Səfər ərəfəsində Prezident İlham Əliyev "Kazinform"a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.
Tam oxu
Xəbəri oxu