Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Möhkəm təmələ əsaslanan Azərbaycan-Qazaxıstan münasibətləri Türk dünyasının birliyində əhəmiyyətli rol oynayır.
Ümumilikdə tarixi Zəfərimizdən sonra Türk dünyasının birliyi, həmrəyliyi daha da möhkəmlənir.
Bu özünü həm türk dövlətlərinin ikitərəfli əlaqələrində, həm də Türk Dövlətləri Təşkilatı daxilində birgə addımların atılmasında aydın şəkildə nümayiş etdirir.
Oktyabrın 20-də Prezident İlham Əliyev Qazaxıstanda dövlət səfərində oldu.
Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.
Dövlətlərarası münasibətlərimiz məhz bu möhkəm bünövrə üzərində qurulub.Son üç ildə iki ölkənin dövlət başçılarının ondan çox qarşılıqlı səfərləri münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə nümayiş etdirir.
Hər bir səfər çərçivəsində aparılan müzakirələr son nəticəyə yönəlir. Azərbaycan və Qazaxıstanın ikitərəfliyi gündəliyi zəngindir.