Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı – SPP şirkətinə təbii qaz tədarükünə başlayıb.
Bu barədə socar.az saytı məlumat yayıb. Bildirilib ki, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırıl
Azərbaycan və Slovakiya şirkətləri daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.
Göründüyü kimi, Avropada Azərbaycan qazına olan tələbat getdikcə artır ki, bu da SOCAR-a öz ixrac istiqamətlərini şaxələndirməyə imkan yaradır.
Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycanqazını alan on ikinci ölkə olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.