Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il Azərbaycandan xarici ölkələrə ildə Azərbaycan 3 milyard 356 milyon 507 min ABŞ dolları dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib.
Qeyri neft-qaz məhsulları ixracında birinci yerdə Rusiya dayanıb.
Belə ki, bu dövrdə Rusiya 1,162 milyard dollar dəyərində qeyri neft-qaz məhsulları alıb. Bu, ümumi ixracın 34,62%-ini təşkil edib.
Siyahının ikinci yerində 542 milyon 338 min ABŞ dolları həcmində ixrac ilə Türkiyə qərarlaşıb.
Üçüncü yeri isə 272 milyon 700 min ABŞ dolları həcmi ilə Gürcüstan tutub.
Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: Ölkələrin adı Min ABŞ dolları Ümumi ixraca nisbətən %-lə Rusiya 1 162 108.05 34.62 Türkiyə 542 338.42 16.16 Gürcüstan 272 700.67 8.12 İsveçrə 220 384.34 6.57 Amerika Birləşmiş Ştatları 134 663.20 4.01 Qazaxıstan 131 265.55 3.91 Ukrayna 117 624.64 3.50 Türkmənistan 78 714.09 2.35 Oman 66 189.21 1.97 Birləşmiş Ərəb Əmirlikləri 54 393.95 1.62 Almaniya 49 512.90 1.48 Belarus 47 590.46 1.42 İtaliya 42 896.97 1.28 Niderland 42 671.06 1.27 Özbəkistan 39 324.70 1.17 Digər ölkələr 354 129.08 10.55 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.