Azərbaycan qeyrineftqaz ixracını 2 %ə yaxın artırıb

10.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % artaraq 3,1 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,3 % artaraq 923 milyon ABŞ dolları olub.

Hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 65,4 % artaraq 37,5 milyon ABŞ dolları, pambıq lifinin ixrac dəyəri 52,6 % artaraq 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylərin ixrac dəyəri 32 % artaraq 25,5 milyon ABŞ dolları, qiymətli metalların ixrac dəyəri 29 % artaraq 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsullarının ixrac dəyəri 19,6 % artaraq 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 13,5 % artaraq 64,4 milyon ABŞ dolları, çayın ixrac dəyəri 1,6 % artaraq 6 milyon ABŞ dolları, qara metalların ixrac dəyəri 1,9 % artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 1,5 % artaraq 182,7 milyon ABŞ dolları təşkil edib.

11 ay ərzində aqrar məhsulların ixrac dəyəri 4,4 % artaraq 701,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 58,3 % artaraq 287,3 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 15,9 % artaraq 988,9 milyon ABŞ dolları təşkil edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью