Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına təsisçi üzv kimi dəvət olunub.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, rəsmi Bakı bu dəvəti qəbul edib.
Layihə çərçivəsində dünyadan təxminən 60 ölkə lideri iştirak üçün dəvət alıb.
Onlardan bir qismi Azərbaycan kimi Şuranın təsisçi üzvləri sırasında yer alacaq.
Dəvət olunan ölkələr arasında Rusiya, Belarus, Macarıstan, İtaliya, Braziliya, Hindistan və Türkiyə də var.
Şuraya ABŞ Prezidenti Donald Tramp sədrlik edəcək. Sülh Şurasının əsas məqsədi Qəzza zolağının yenidən qurulması üçün beynəlxalq maliyyə vəs
Bu istiqamətdə Şura daxilində icra komitəsi və icra şurasının yaradılması planlaşdırılır.