Azərbaycan QHT lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət…
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 21 oktyabr, AZƏRTAC Oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciət qəbul edilib.
AZƏRTAC xəbər verir ki, müraciəti “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva oxuyub.
Müraciətdə bildirilib: “Biz azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçilməsinin bəxtiyarlığı içərisindəyik.
Forumda yüzlərlə QHT təmsilçisi vahid platformada olduqca aktual mövzularda faydalı müzakirələr apardı, təcrübə, bilik mübadiləsi etdi, qənaətlərini bölüşdü.
Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıb”.Vurğulanıb ki, dünya əhalisinin 80 faizinin yaşadığı Qlobal Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis olunmuş Qlobal Cənub QHT Platforması daimi mənzil qərargahı kimi Bakını müəyyən edib.
Bu, qlobal müsəvidə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nümunəsidir.
Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi, tarixi bəhrəsidir.
Tam oxu
Xəbəri oxu