Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ictimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla bilər:
- peşə sahəsi üzrə ictimai birlik:
- sosial-humanitar sahə üzrə ictimai birlik;
- mədəniyyət və incəsənət sahəsi üzrə ictimai birlik;
- təhsil və elm sahəsi üzrə ictimai birlik;
- ekologiya sahəsi üzrə ictimai birlik;
- hüquq sahəsi üzrə ictimai birlik;
- iqtisadi sahə üzrə ictimai birlik;
- qanunla müəyyən edilmiş digər növlər.
Fondlar aşağıdakı növlərdən biri üzrə yaradıla bilər;
- İctimai faydalı fond;
- xeyriyyə fondu;
- qanunla müəyyən edilmiş digər növlər.
Layihəyə əsasən, ictimai birlik və fondlar yalnız bir növdə yaradıla bilər. Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.