Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu auditor seçib

17.04.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 8 min manat ödəniləcək.

Ötən il də bu tenderin qalibi "Azəruçot" olub. Şirkətə 9 min manat ödənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью