Azərbaycan qılıncoynadanları Avropa birinciliyində 15 ci yerə çıxdılar

26.02.2025

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Azərbaycan qılıncoynadanları Türkiyənin Antalyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 15-ci yerə çıxıblar.

Yenicag.az xəbər verir ki, Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasovadan ibarət millimiz ilk görüşdə Finlandiya yığmasına 45:33 hesabı ilə qalib gəlib.

Ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Ukraynaya 23:45 hesabı ilə məğlub olan şpaqaçılarımız ardınca 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə qüvvəsini sınayıb.

Fransa yığmasına 37:45 hesabı ilə uduzan yığma isveçrəli rəqiblərinə 30:45 hesabı ilə məğlub olub.

Komandamız 15-ci yer uğrunda keçirilən qarşılaşmada Litvaya 45:32 hesabı ilə qalib gəlib.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью