Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan–Qırğız İnvestisiya Fondu bu ölkədə həyata keçiriləcək iki layihəni –kiçik su elektrik stansiyasını (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirəcək. SES-in gücü 9 meqavat təşkil edəcək, fabrikin tikintisi sayəsində isə 300 yeni iş yeri yaradılacaq.
Qeyd edək ki, Azərbaycan – Qırğız İnkişaf Fondu Şurasının Bakıda keçirilən 4-cü iclasında yeni investisiya siyasəti və 2 layihənin maliyyələşdirilməsi təsdiqlənib.