Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunacaq

03.02.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanın XXV Qış Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətinin İtaliyaya yola düşəcəyi tarix bəlli olub.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev İdman.Biz açıqlamasında bildirib ki, nümayəndə heyəti fevralın 5-də İtaliyaya yola düşəcək.

Azərbaycan komandasının şef de-missionu MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov olacaq. Qeyd edək ki, Anar Bağırov tanınmış sambo və cüdo mütəxəssisi Natiq Bağırovun oğludur.

Qeyd edək ki, Milan və Kortina-d’Ampezzo şəhərlərinin ev sahibliyi edəcəyi XXV Qış Olimpiya Oyunları körlinq yarışları ilə start götürəcək. Açılış mərasimi fevralın 6-da keçiriləcək, oyunlara isə fevralın 22-də yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan Olimpiadada dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə isə Vladimir Litvintsev tərəfindən təmsil olunacaq. Fiqurlu konkisürmə yarışları fevralın 6-da, dağ xizəyi üzrə mübarizə isə fevralın 7-də başlayacaq. Gender bərabərliyi prinsipinə uyğun olaraq, açılış və bağlanış mərasimlərində Azərbaycan bayrağını hər iki idmançı daşıyacaq.

İlqar Şabanov

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью