Azərbaycan qızıl alışına nə qədər pul xərcləyib? RƏSMİ

18.12.2024

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il Azərbaycan qızıl idxalına böyük məbləğdə vəsait xərcləyib.

Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-noyabr ayları ərzində Azərbaycana 2,76 milyard dollar dəyərində qiymətli metallar gətirilib.

Qiymətli metalların böyük hissəsini qızıl təşkil edib. Bu qədər idxalın təxminən 2,7 milyard dolları qızıl alışından ibarət olub.

2024-cü ildə ölkəmizə qızıl idxalının artmasının yeganə səbəbi Dövlət Neft Fondunun ehtiyatlarının bir hissəsinin qızıla dəyişdirilməsidir. İlin geridə qalan dövrü ərzində Neft Fondu 25 tondan çox xalis qızıl alıb.

Vasif

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью