Azərbaycan Qızıl Aypara Cəmiyyəti iddialara cavab verdi

18.05.2025

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, ianələr Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC)ın nizamnaməsinə və qanunvericiliyə uyğun olaraq təşkil olunur və hesabatlarda bu göstəricilər əks olunub:
-Demokrat.az saytında “Adı olan, fəaliyyəti olmayan qurum — Deputat ianələri mənimsəyir?” adlı yazı bizdə təəssüf hissi doğurdu.
Öncə onu bildirək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) fəaliyyəti barədə cəmiyyətin rəsmi saytında ətraflı məlumatlar yerləşdirilib və hər gün məlumatlar yenilənir. Bütün illər boyu hesabat göstəriciləri saytda yer alıb. İstənilən şəxs bu hesabatlarla tanış ola bilər.
İanələr AzQAC-ın nizamnaməsinə və qanunvericiliyə uyğun olaraq təşkil olunur və hesabatlarda bu göstəricilər əks olunub. AzQAC ictimai təşkilat olaraq hər il audit keçirir və nəticələri müvafiq qurumlara təqdim edir.
AzQAC-ın fəaliyyət istiqamətləri müxtəlifdir. Xüsusilə karonavirus və ikinci Qarabağ müharibəsi dövründə ayparaçılar fədakarlıq göstərmişlər. 44 günlük müharibə zamanı AzQAC-ın bir könüllüsü öz missiyasını yerinə yetirərkən Bərdə hadisəsində həyatını itirmiş, iki könüllüsü yaralanmışdır. Həmçinin, 2023-cü ildə ayparaçılar Xankəndi yolunda öz missiyalarını yerinə yetirərkən 29 gün çadırlarda gecələməli olmuşlar.
AzQAC-ın səmərəli fəaliyyəti nəzərə alınaraq, dövlət başçısının müvafiq sərəncamları ilə bir qrup ayparaçı medal və ordenlə təltif olunmuşlar.
Hesab edirik ki, AzQAC-ın fəaliyyəti barədə verilən rəylər və yazılar öncə müvafiq qaydada Cəmiyyətə sorğunun göndərilməsi və sorğuya verilən cavablara əsaslanmalıdır.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью