Azərbaycan qızıl və gümüş istehsalını azaltdı

11.02.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycan qızıl və gümüş istehsalını azaldıb. 

Sfera.az Dövlət Statistika Komitəsinə istifadən xəbər verir ki, 2023-cü ildə qızıl istehsalı 2760,7 kq, gümüş istehsalı 3705,2 kq olmuşdu. 2024-cü ildə qızıl istehsalının miqdarı 2663,52 kq-a, gümüş istehsalının miqdarı isə 3184,86 kq-a düşüb.

Qiymətli metalların istehsalı qızılda 97,18 kq, gümüşdə 520,34 kq azalıb. 

Qeyd edək ki, Azərbaycan qızıl və gümüşü ixrac edir. Ötən il ölkəmizdən 211,8 milyon dollarlıq qızıl ixraca yönəldilib.  

Vasif 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью