Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm təşəbbüslər irəli sürüb ŞƏRH AZƏR…
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 13 noyabr, AZƏRTACİqlim dəyişikliyi ilə qlobal mübarizə bütün dünyanın həmrəyliyini tələb edir.
Azərbaycan da beynəlxalq səviyyədə iqlim çağırışlarına xüsusi diqqət yetirərək ekoloji proqram və konvensiyaların tələblərinə məsuliyyətlə yanaşır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmuş ölkəmiz istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı öhdəliklərə qoşularaq bu istiqamətdə ilk Milli fəaliyyət planını hazırlayıb, habelə Kioto Protokolunu təsdiq edib.
Həmçinin respublikamız Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı ildə imzalayaraq ratifikasiya edən ilk ölkələrdən biridir.
Azərbaycan COP29-a ev sahibliyi etməklə bu istiqamətdə öhdəliklərə sadiq olduğunu nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, ölkəmiz dünyanın ən mötəbər tədbirini yüksək səviyyədə təşkil edib. COP29-un açılış mərasimi də bu faktı təsdiqləyir.
Tam oxu
Xəbəri oxu