525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan hökumətinin və siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, qlobal iqtisadi müharibədən kənarda qalıb.
525.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz birbaşa təsir görmürük. Amma dolayısı təsir - həmin müharibədə iştirak edən ölkələrdə inflyasiyanın artımının bizim idxal edəcəyimiz malların qiymətlərinə təsiri ola bilər. AMB olaraq bu məsələləri daima diqqət mərkəzində saxlayırıq. Təkcə bizim deyil, bütün ölkələrin mərkəzi banklarının bu tip inflyasiya ilə mübarizə aparmaq üçün alətləri çoxdur. Amma yenə də düşünürük ki, qlobal ticarətdə olan proseslər bizim ticarət tərəfdaşlarımızda inflyasiyanın artımına təsir edəcək", - deyə o qeyd edib.