Azərbaycan Qran Prisində 2 ci gün

25.09.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Qran-Prisində 2-ci gün

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək.

QOL.az xəbər verir ki, əvəlcə Formula 2 üzrə sprint yarışı start götürüb.

"Dams Lukas Oil" komandasından Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

"Trident"dən Laurens Van Hoepen ikinci yeri tutub. "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.

Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.

Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью