Azərbaycan Qran prisində əsas yarış saat 15:00 da start götürəcək

21.09.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda yeni rekord qeydə alınıb.
Bizim.Media xəbər verir ki, çətin hava şəraiti və pilotların səhvləri nəticəsində sessiya dəfələrlə dayandırılıb və ümumilikdə altı dəfə qırmızı bayraq qaldırılıb.
Sürücülərin mübarizəsi təxminən iki saat çəkib.
 

Beləliklə, Bakıdakı sıralama turu San Paulo (2023) və İmola (2022) sessiyalarındakı beş qırmızı bayrağı geridə qoyaraq "Formula 1"in tarixinə düşüb.


Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış bu gün saat 15:00-da start götürəcək.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью