Azərbaycan Qran Prisində neçə stüard olacaq?

04.03.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2025-ci ildə Formula 1-in hər mərhələsində, o cümlədən Azərbaycan Qran Prisində çalışacaq stüardların sayına yenidən baxıb.

İdman.biz xəbər verir ki, əvvəlki illərdə Qran Pridə dörd stüard iştirak edirdi - ikisi FIA-dan, biri keçmiş bolid, biri isə mərhələ təşkilatçıları tərəfindən təyin olunmuş stüard.

Bununla belə, İdman Reqlamentinə ediləcək dəyişikliklərə əsasən, 2025-ci ildə əksər yarışlarda yalnız üç mütəxəssis çalışacaq. Eyni zamanda, “yüksək gərginlik”li altı Qran Pridə hələ də dörd stüard olacaq.

Bu məqsədlə İdman Reqlamentinə aşağıdakı mətn əlavə ediləcək: “Hər Qran Pridə minimum üç, maksimum dörd stüard olacaq, onlardan biri sədr seçiləcək”.

Dəyişikliklərin Melburn yarışından əvvəl rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir.

Bildirilir ki, 2025-ci ildə Avstraliya, Çin, Kanada, Sinqapur, Mexiko və Sao Paulo Qran Priləri “yüksək gərginlik”li mərhələlər müəyyənləşdirilib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью