Azərbaycan Qran Prisinin biletləri endirimlə satışa çıxıb

03.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Mövsümün ən həyəcanlı şəhər yarışlarından biri – Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2027 üçün bilet satışına başlanıb. Biletləri www.bakucitycircuit.com rəsmi vebsəhifəsindən əldə edə bilərsiniz. Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20 faiz güzəştlə biletlər əldə etmək mümkündür. Bu fürsət yalnız noyabrın 16-dək davam edəcək.

“XQ” xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri pit zolağı gəzintisi imkanı əldə edərək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim olunacaq.

Qeyd edək ki, 2026-cı il Azərbaycan Qran Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstəriciyarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

Tacir SADIQOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью