Azərbaycan Qran Prisinin rəsmi yarış cədvəli açıqlandı

21.09.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda təşkil olunacaq "Formula-1" üzrə Azərbaycan Qran-prisinin yarış həftəsində keçiriləcək sessiyaların vaxtları bəlli olub.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutacaq yarış proqramı sentyabrın 24-də başlayacaq.

Təqvimə əsasən, ilk gün pilotlar iki sərbəst yürüşdə iştirak edəcəklər. Birinci sərbəst yürüş saat 12:30-da, ikinci sərbəst yürüş isə saat 16:00-da start götürəcək.

Sentyabrın 25-də saat 12:30-da üçüncü sərbəst yürüş keçiriləcək. Həmin gün saat 16:00-da əsas yarış üçün start düzülüşünü müəyyənləşdirəcək sıralanma turu baş tutacaq.

Azərbaycan Qran-prisinin əsas yarışı isə sentyabrın 26-da saat 15:00-da başlayacaq.

"Formula-1" üzrə Azərbaycan Qran-prisi

24 sentyabr, cümə axşamı

12:30-13:30 - Birinci sərbəst yürüş (FP1)
16:00-17:00 - İkinci sərbəst yürüş (FP2)

25 sentyabr, cümə

12:30-13:30 - Üçüncü sərbəst yürüş (FP3)
16:00-17:00 - Sıralanma turu

26 sentyabr, şənbə

15:00 - Əsas yarış

Müəllif: Tural Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью