Azərbaycan qurudulmuş meyvə ixracını 38 %ə yaxın artırıb

09.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1597 ton qurudulmuş meyvə ixrac edib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 % çoxdur.

11 ay ərzində qurudulmuş meyvə ixracının ümumi dəyəri 5 milyon 137,2 min ABŞ dolları olub. Bu isə bir il əvvələ nisbətən 17 % artım deməkdir.

Məlumatda qeyd edilib ki, xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixrac strukturunda qurudulmuş meyvə ixracının xüsusi çəkisi artmaqdadır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью