Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Şuşada keçirilən III Qlobal Media Forumu informasiya və media texnologiyalarına dair müzakirə platforması kimi Azərbaycanın dəyişən qlobal nizamda artan rolunu nümayiş etdirən mühüm hadisəyə çevrilib.
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan Forum Qarabağın məhz intellektual diplomatiya, multilateral dialoq və strateji fikir mübadiləsinin yeni məkanı olduğunu bir daha sübut edir".
Bunu "Unikal"a Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. Parlamentari bildirib ki, forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədə
Eyni zamanda, yerli jurnalistlər, ekspertlər və dövlət rəsmiləri də qlobal məsələlərin müzakirəsinə töhfə veriblər.
Forum çərçivəsində təşkil olunan Ağdam və Laçın səfərləri iştirakçılara postmünaqişə dövründə aparılan bərpa və quruculuq işlərini yerində izləmək imkanı yaradıb: "Prezident İlham Əliyevin Forumdakı çıxışında diqqəti çəkən əsas məsələlərdən biri də enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədəki liderliyi olub.
2021-ci ildə Avropaya qaz ixracı 8 milyard kubmetr idisə, bu rəqəm 2025-ci ildə 13 milyard kubmetrə çatdırılıb.
Həmin faktor ölkəmizin enerji təchizatçısı, həmçinin qitələrarası enerji təhlükəsizliyinin təminatçısı rolunu təsdiqləyir.