Azərbaycan regional oyuncudan qlobal oyunçuya çevrilib

23.01.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


"Ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət kursu və zərgər dəqiqliyi ilə edilən diplomatik gedişləri nəticəsində Azərbaycan regional oyunçudan qlobal oyunçuya çevrilib. Bu gün dünya ölkələri Azərbaycan dövləti və onun liderinin həyata keçirdiyi uğurlu siyasəti təqdir edir, Bakı ilə hesablaşır və Azərbaycanı özlərinin Cənubi Qafqazda etibarlı, strateji tərəfdaşı hesab edirlər. Biz bu reallığı bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində də gördük".
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Davosda Azərbaycan lideri ilə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və nüfuzlu korporasiyaların rəhbərlərinin görüşü bunun əyani sübutudur:
"Heç şübhəsiz ki, Davosda Cənab Prezidentin keçirdiyi görüşlərdən ən yadda qalanı Amerika prezidenti Donald Trampla baş tutan görüş oldu. Görüşün çox səmimi atmosferdə, qarşılıqlı maraq doğuran prizmada keçirilməsi onu deməyə əsas verir ki, artıq Vaşinqton da Bakıya tərəfdaş gözü ilə baxır. Obama və Bayden administrasiyası dövründən fərqli olaraq Ağ Ev Azərbaycanla əməkdaşlığa üstünlük verir, Bakının regional və qlobal aspektdə oynadığı rolu qəbul edir. Elə Azərbaycan Prezidentinin Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına dəvət edilməsi də məhz bu siyasətə verilən qiymət, dəyərin nümunəsidir".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью