“Azərbaycan regionda güc mərkəzidir” VİDEO

09.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“Cənab prezident dünənki müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi. Hər bir kəs mövcud durumun necə olduğunu anladı. Prezident öz müsahibəsində hərbi büdcənin artırılmasını ordumuzun daima güclü olması ilə əlaqələndirdi. Cənab prezident öz müsahibəsində  bölgədəki vəziyyətə də aydınlıq gətirdi.”

Modern.az xəbər verir ki, bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, qərb dövlətləri hələ də Ermənistanı qorumaqla məşğuldur.

“İndi Qərbdə də anlayırlar ki, Azərbaycan regionda güc mərkəzidir. Məhz buna görə ordumuz daha da gücləndirlməlidir.”- deyə Cavanşir Feyziyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью