Azərbaycan regionda sülhün təşəbbüskarıdır

06.05.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

May ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində onlayn formatda iştirak etmişdir. Dövlətimizin başçısının videobağlantı formatında etdiyi çıxış təkcə cari vəziyyətin təsviri deyil, eyni zamanda post-münaqişə mərhələsində formalaşan yeni siyasi arxitekturanın konseptual mahiyyətini əks etdirir. Ölkə başçısının sammitdəki çıxışı həm Cənubi Qafqaz regionu, həm də özlərini vasitəçi və arbitr kimi təqdim edən Avropa institutları üçün ən parlaq və məzmunlu siyasi mesajlardan birinə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri sülh məsələsinin artıq praktik nəticələr verməyə başlaması ilə bağlı olub. Ölkə başçısı bildirib ki, əldə olunan sülh şəraiti nəticəsində Azərbaycan ərazisi vasitəsilə Ermənistan üçün humanitar və digər təyinatlı yüklərin daşınması mümkün olub. Ötən müddət ərzində ümumilikdə 28 min ton yük bu marşrutla çatdırılıb. Bu göstərici regionda kommunikasiya xətlərinin açılmasının və qarşılıqlı əlaqələrin bərpa olunmasının real nəticəsi kimi qiymətləndirilir. Bu cür addımlar təkcə iqtisadi deyil, həm də siyasi baxımdan etimadın artmasına xidmət edir. Dövlət başçısı çıxışında vurğulayıb ki, sülh yalnız sənədlərdə deyil, gündəlik həyatda da özünü göstərməlidir. Azərbaycan isə öz ərazisindən tranzit imkanlarını açmaqla regionda əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir. Bu cür yanaşma həm qonşu ölkələr arasında münasibətlərin normallaşmasına, həm də daha geniş iqtisadi inteqrasiyaya şərait yaradır.

Ölkə başçısının  Avropa Siyasi Birliyinin sammitindəki çıxışı tamhüquqlu strateji bəyanat kimi qiymətləndirilə bilər. Burada Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri aydın şəkildə ifadə olunmuş, danışıqlar prosesinin mövcud vəziyyətinə qiymət verilmiş və regiondakı qüvvələr balansı müəyyən edilmişdir. Bu platforma vasitəsilə bir daha bəyan olundu ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Praktik addımlar, iqtisadi əlaqələrin bərpası və diplomatik təşəbbüslər konstruktiv siyasətin əyani təzahürüdür.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью