Icma.az bildirir, Marja.az portalına istinadən.
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, qlobal turizm bazarında fərdi səyahətlərə, uzunmüddətli qalmağa və rəqəmsal xidmətlərə tələbin yüksəlməsi Azərbaycanda da yeni turist seqmentlərinin formalaşmasını sürətləndirə bilər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Proqramında təkbaşına səfər edənlərin, yaşlı və subay insanların, uşaqsız ailələrin, sağlamlıq məqsədilə səyahət edənlərin və məsafədən çalışan şəxslərin turizm bazarındakı rolunun artacağı proqnozlaşdırılır.
Pandemiyadan sonrakı dövrdə məsafədən iş rejiminin genişlənməsi daha aşağı yaşayış xərcləri və yüksək həyat keyfiyyəti təklif edən ölkələrdə uzun müddət qalmaq istəyən “rəqəmsal səyyah” seqmentini yaradıb.
Azərbaycan bu turist qrupunu cəlb etmək üçün yeni “rəqəmsal səyyah” vizasının tətbiqini, elektron xidmətlərin artırılmasını və turistlərin uzunmüddətli qalmasına uyğun məhsulların yaradılmasını planlaşdırır.
Eyni zamanda, turistlərin səyahət qərarlarında süni intellekt, axtarış sistemləri, onlayn rezervasiya platformaları və “chatbot”ların rolunun artması turizm şirkətlərinin rəqəmsallaşmasını zəruri edir.
Ənənəvi günəş-dəniz, şəhər, alış-veriş və işgüzar turizmlə yanaşı, sağlamlıq, təbiət, fərdi və uzunmüddətli səyahət məhsullarının genişləndirilməsi nəzərdə tutulur.