Azərbaycan rəqiblərini arxada qoydu Statistika | Icma.az
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 5 ilin yanvar-sentyabr ayları üzrə ən yüksək sənaye istehsalı həcmi 2022-ci ilə təsadüf edib.
Belə ki, həmin dövrdə ölkədə sənaye istehsalı həcmi 64,1 milyard manat olub.
Bu dövrdən sonrakı illərdə isə sənaye istehsalı həcmində davamlı olaraq hər il azalmalar müşahidə edilir.
Son 5 ildə yanvar-sentyabr ayları üzrə ən az sənaye istehsalı həcmi kəskin fərqlə 2021-ci ildə 36,6 milyard manat olaraq qeydə alınıb ki, bu göstəricini “COVID-19” pandemiyasının mənfi təsiri ilə əlaqələndirmək olar.
Cari ilin göstəricilərinə gəlincə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye istehsalı həcmi ötən ilin eyni dövri ilə müqayisədə 1,0 % və ya 0,5 milyard manat azalaraq 47,3 milyard manat təşkil edib.
Ölkədə sənaye istehsalı sektorlarına ayrı-ayrılıqda nəzər yetirsək, son 5 ildə mədənçıxarma sektorunun sənaye istehsalında əsas sektor olduğunu görərik.
Lakin, mədənçıxarma sektorunda istehsal həcmi yanvar-sentyabr ayları üzrə son 4 ildə davamlı olaraq azalır.
Tam oxu
Xəbəri oxu