Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat konfransı keçrilir

04.02.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarına əsasən, pul-kredit siyasətinin əsas alətlərindən biri olan faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılmışdır.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov 04.02.2026-cı il tarixində Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə aid qəbul edilmiş qərarının açıqlanmasına dair mətbuat konfransında bildirib.

Qərara uyğun olaraq, uçot dərəcəsi 6,5 faiz səviyyəsində müəyyən edilmiş, faiz dəhlizinin aşağı həddi 5,5 faizə, yuxarı həddi isə 7,5 faizə endirilmişdir. Bu dəyişikliklər iqtisadi aktivliyin stimullaşdırılması, maliyyə bazarlarında likvidliyin artırılması və makroiqtisadi sabitliyin qorunması məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью