“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

18.12.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107 (Cild I); 2024, № 11, maddə 1188) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 21-1-ci maddəsinin birinci hissəsinə “il” sözündən sonra “martın 31-dək” sözləri əlavə edilsin və həmin hissədə “sessiyasının beşinci iclasında” sözləri “sessiyasında” sözü ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью