Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı Ermənistan Parlament Tərəfdaşlığı…
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli bəyanatını şiddətlə qınayır, bu sənədi Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirir.
Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu bəyanat, Azərbaycan əleyhinə səsləndirilmiş absurd və tamamilə əsassız ittihamlar həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur.
Nəticə etibarilə, bu bəyanat Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu.
Ermənistan parlamentinin, o cümlədən Komitənin işində iştirak edən hakim partiyanın nümayəndələrinin Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, habelə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı çıxışlarına birbaşa zidd olan birgə bəyanatı dəstəkləməsi bunun bariz göstəricisidir.
Digər tərəfdən, bu bəyanat Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətinin növbəti təzahürüdür.
Bəyanatda Ermənistanı israrla qurban kimi qələmə verməyə çalışanlara xatırlatmaq istərdik ki, Ermənistan onilliklər boyu faşist ideologiyasını bəsləyən bir ölkədir.
Bu ideologiya da onun Azərbaycana qarşı 30 illik təcavüzünün əsasını təşkil edir.
Tam oxu
Xəbəri oxu