Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 18 mart tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI AZƏRTAC

03.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli

50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 261 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 sentyabr tarixli 395 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Rezidentura təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.”.

2. 3.2-ci bənddə “, bu Qaydaların əlavəsi” sözləri “müvafiq təhsil proqramları” sözləri ilə əvəz edilsin.

3. Qaydalara əlavə - “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti” ləğv edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 2 ” “ dekabr ” 2024-cü il

№ 506

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью