Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb...

17.09.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında...

2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur.

Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2025-ci il

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

"Bu səfər ikili münasibətlərə kifayət qədər müsbət təsir göstərir" - ŞƏRH EDİLDİ

Siyasət

Ermənistandakı revanşistləri hansı güclər danışdırır? ŞƏRH

Siyasət

"Səfər Azərbaycan-BƏƏ münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır" - DEPUTAT ŞƏRH ETDİ

Siyasət

“Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən ölkələrdən biridir“ - ŞƏRH OLUNDU

Siyasət

Parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Siyasət

“Antiterror tədbirləri Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu” - MÜNASİBƏT BİLDİRİLDİ

Siyasət

“Azərbaycanın müstəqil siyasəti dünya liderlərinin diqqətini ölkəmizə yönəldir“ - ŞƏRH OLUNDU

Siyasət

"Strateji mövqelərin ələ keçirilməsi əməliyyatın uğurunu təmin etdi" - MÜNASİBƏT BİLDİRİLDİ

Siyasət

Zəngəzur Dəhlizi - Avrasiyaya geosiyasi çağırış - ANALİTİK

Siyasət

"Mina və iqlim təhlükəsi proqramın icrasını ləngidə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

Siyasət

Prezidentin Xocalı səfəri: Ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti mesajı

Siyasət

Xəzər üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası Azərbaycanda keçiriləcək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью