Azərbaycan Respublikası Prezidentinin 2005 ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27.01.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddə 1359; 2025, № 4 (I kitab), maddə 330) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2026-cı il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью