Icma.az, Moderator.az saytına istinadən bildirir. Xülasə Bu məqalədə Azərbaycan Respublikasının konstitusiya və suverenlik anlayışları hüquq
Konstitusiyanın dövlətin əsas hüquqi sənədi kimi suverenliyi təmin edən normativ bazanı necə formalaşdırdığı izah edilir.
Suverenliyin daxili və xarici aspektləri, onun qorunması üçün hüquqi mexanizmlər və Azərbaycanın müstəqillik tarixi analiz edilir.
Məqalə həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətini vurğulayaraq, konstitusiya hüququ sahəsində maarifləndirmənin vacibliyini önə çəkir.
1.Giriş Konstitusiya dövlətin əsas hüquqi aktıdır və onun suverenliyinin hüquqi təminatçısıdır.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və ölkənin suverenliyinin hüquqi bazasını formalaşdırıb.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu iki anlayışın hüquqi mahiyyətinin və dövlət idarəçiliyindəki rolunun daha dərindən öyrənilməsinə imkan yaradır.
Bu məqalədə konstitusiya və suverenlik anlayışları, onların Azərbaycan Respublikasında hüquqi tənzimlənməsi və tarixi inkişafı araşdırılacaq.