Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dekabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) və Audiovizual Şuranın təşkilatçılığı ilə “Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilmişdir.
Seminarda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, audiovizual yayımçılara göstərilən dövlət dəstəyi sayəsində əldə olunnuş nailiyyətlərə nəzər salınmış və sahənin gələcək inkişafı ilə bağlı planlar müzakirə edilmişdir.
Gununsesi.info xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Rəqəmsal və İnkişaf Nazirliyinin, Audiovizual Şuranın, RİNN-in tabeliyində olan “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin, Dövlət Radiotezliklər İdarəsinin, həmçinin ümumölkə radio yayımçılarının nümayəndələri iştirak etmişdir.
Çıxışlarda müstəqillik dövrünün ilk vaxtlarından hazırki dövrədək Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə radio yayımın sürətlə inkişaf etdiyi vurğulanmışdır.
Bakı Teleqüllə Kompleksinin yarımçıq qalmış tikintisinin Ümummilli lider Heydər Əliyevin birbaşa tapşırığı ilə başa çatdırılması və 1996-cı ildə bilavasitə onun iştirakı ilə istismara verilməsi hadisəsi qürurla xatırlanmışdır.
Bunun sayəsində ölkədə televiziya və radio yayımının keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, həmin dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanılmışdır.
FM radioyayımın ölkədə geniş tətbiqi, kanalların texniki imkanlarının inkişafı, yayım infrastrukturunun genişləndirilməsi sonrakı dövrdə AM radioyayımların dayandırılmasına imkan vermişdir.