Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI AZƏRTAC

10.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu rəhbər tutaraq və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-2-ci maddəsini, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin 9-3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilsinlər: 

Əsgərov Ziyafət Abbas oğlu – Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini,

Nağıyev Arzu Nəsib oğlu – Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri,

Ağazadə Əminə Həmid qızı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Gülməmmədov Vüqar Tapdıq oğlu – Azərbaycan Respublikası Hesablama Palatasının sədri,

Hacıyev Fərid Famil oğlu – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.

Azərbaycan Respublikası

Milli Məclisinin sədri                                Sahibə Qafarova

Bakı şəhəri, 10 dekabr 2024-cü il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью