Azərbaycan Respublikasının Qanunu | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405 (Cild I); 2024, № 4, maddə 370) aşağıdakı dəyişikliklər edilsin: 1.1.
16-cı maddə üzrə: 1.1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin: “1-1.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.”; 1.1.2.
2-ci hissənin dördüncü cümləsində “onun səlahiyyətlərini həyata keçirən müavini” sözləri “sədr vəzifəsini icra edən şəxs” sözləri ilə əvəz edilsin; 1.1.3.
5-ci hissənin birinci cümləsində “onun müavini” sözləri “sədr vəzifəsini icra edən şəxs” sözləri ilə əvəz edilsin; 1.2.
aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilsin: “Maddə 16-1.
Tam oxu
Xəbəri oxu