Azərbaycan reytinqdə birincidir

17.02.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, həm qadınların, həm də kişilərin sıralamasında ölkəmiz birinci yerdə qərarlaşıb (qadınlar – 75 xal, kişilər – 90 xal).

Ölkəmizin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb.

Belə ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью