Azərbaycan Romadakı xeyriyyə bazarında təmsil olunub

29.11.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, tədbirdə FAO-nun Baş direktoru Qu Donqyu və BMT-nin Qadınlar Gildiyasının prezidenti Rouz Meri Varqas iştirak edərək açılış nitqləri söyləyiblər. Onlar çıxışlarında dünyada aclığın getdikcə artdığını və bunun üçün kollektiv fəaliyyətin əhəmiyyətini vurğulayaraq belə təşəbbüslərin səmərəli olduğunu bildiriblər.

Daha sonra FAO-nun Baş direktoru Qu Donqyu stendlərlə tanış olub.
Xeyriyyə tədbirinin məqsədi dünya miqyasında ehtiyacı olan uşaqlara və qadınlara yardım göstərməkdir. Tədbirdə müxtəlif ölkələr öz mədəni proqramları ilə çıxış edib, milli məhsulların satışı təşkil olunub.

Builki tədbirdə Azərbaycanla yanaşı, İndoneziya, Qazaxıstan, Oman, Pakistan, Banqladeş, Seneqal, Tailand və Perunun İtaliyadakı səfirlikləri iştirak ediblər.

BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır ki, hər il xeyriyyə tədbirlərindən əldə olunan vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar və qadınlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir.

AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью