Icma.az bildirir, Sia Az portalına istinadən.
Rumıniya Respublikasının Prezidenti Nikuşor Dan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: "Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq və sülh arzularımı çatdırıram.
Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara əsaslanır. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxşı dost və etibarlı tərəfdaşdır. Zati-alinizin Cənubi Qafqazda regionun böyük potensialından istifadə etməyə imkan yaradan davamlı sülhün bərqərar olması istiqamətində yorulmaz səylərini alqışlayıram.
Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun davamlı şəkildə inkişafını dəstəkləmək üçün bundan sonra da fəaliyyət göstərəcək. Fürsətdən istifadə edərək ölkələrimiz arasında ortaq maraq doğuran sahələrdə strateji tərəfdaşlığı daha da dərinləşdirmək məqsədilə Sizi Rumıniyaya səfərə dəvət edirəm. Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Mətləb
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Prezident İlham Əliyev Şahbaz Şərifə başsağlığı məktubu göndərib
Müstəqilliyimiz əbədidir, dönməzdir - MƏQALƏ
Kreml Cənubi Qafqazdan qovulur...
“Azərbaycan öz müstəqilliyini qorumağı və onu daim yüksəklərdə saxlamağı bacarır” - ŞƏRH
Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
"May ayı Azərbaycan dövlətçiliyinin simvolik ayıdır" - TARİXÇİ DANIŞDI
Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
"Paris Cənubi Qafqaz reallıqlarını qəbul edir" - ŞƏRH EDİLDİ
"Azərbaycan bərpa siyasəti ilə diqqət mərkəzindədir" - POLİTOLOQ