Oxu.az saytına istinadən Icma.az xəbər verir. "Rusiya siyasi və media məkanlarında anti-Azərbaycan isteriyası fonunda nələrin baş verdiyini
AZAL təyyarəsinin qəzasına görə məsuliyyətin götürülməsi ilə bağlı Bakının ədalətli tələbi barədə kifayət qədər yazmışıq.
İndi Bakıdakı "Rus evi"nin bağlanması, daha dəqiq desək, bu hadisənin Rusiyanın müəyyən dairələrində doğurduğu reaksiya ilə bağlı bir məqamı araşdırmaq istəyirik".
Oxu.Az xəbər verir ki, bu barədə "Caliber" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunub.
Bildirilib ki, bu dairələrdə (söhbət təkcə KİV-dən deyil, Dövlət Duması deputatları da daxil olmaqla siyasi xadimlərdən gedir) Bakıdakı "Rus evi"nin bağlanması Rusiyaya qarşı düşmən aktı kimi qəbul edilib.
"Biz indi Bakıdakı "Rus evi"nin bağlanması qərarının səbəbini araşdırmayacağıq - bununla bağlı aidiyyəti qurumlar məşğul olub, yalnız bunu nəzərə ala bilərik.
Vacib olan başqa məsələdir - Bakıda "Rossotrudniçestvo"nun fəaliyyətinin dayandırılması ölkələrin qarşılıqlı mədəni və diplomatik mövcudluğunun balansını nə dərəcədə pozub.
Axı məlumdur ki, iki suveren dövlət arasında münasibətlər hörmətə əsaslanmalıdır ki, bu da təmsilçilikdə pariteti ehtiva edir.