Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ilin ilk 8 ayında Rusiyadan idxal 2 milyard 527 milyon dollar olub. 2026-cı ilin eyni dövründə bu rəqəm 1 milyard 570,9 milyon dollara düşüb.
Marja.az Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illər üzrə aylıq ixrac və idxal statistikasının müqayisəsi əsasında müəyyən edib ki, azalma 956 milyon dollar və ya 37,8% təşkil edib.
Rusiya ilə ümumi ticarət dövriyyəsi də 3,35 milyard dollardan 2,41 milyard dollara düşüb — təxminən 28% azalma. Bununla Rusiya ümumi ticarət dövriyyəsində üçüncü yerdən beşinci yerə geriləyib.