Azərbaycan Rusiya ticarətində yeni rekord

22.01.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi 4 920 211 170 dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 2,5% artım deməkdir.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Statistikaya görə, ötən il Azərbaycanın Rusiyaya ixracı 0,5% artaraq 1 183 733 740 dollara çatıb. İxrac ümumi həcmin 4,73%-ni təşkil edib (2024-cü ildə 4,44%).

Bu arada, Rusiyadan idxal 3,2% artaraq 3 736 477 440 dollara çatıb. İdxal ümumi həcmin 15,33%-ni təşkil edib (2024-cü ildə 17,2%).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью