Azərbaycan Rusiya üçün... Putindən açıqlama

27.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Prezident Vladimir Putin Azərbaycanın enerji sektoru da daxil olmaqla, Rusiya üçün etibarlı və əhəmiyyətli tərəfdaş olduğunu bəyan edib.

"Bakupost" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Azərbaycan bizim bir çox istiqamətlər üzrə, həmçinin də energetika sahəsində sabit və yaxşı tərəfdaşımızdır", - deyə Rusiya lideri vurğulayıb.

Rusiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə davamlı və aktiv ünsiyyətdə olduğunu vurğulayıb.

Qeyd edilib ki, liderlər arasında aparılan bu danışıqlar xüsusilə energetika sektorunda ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini əhatə edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью